“Ermənilər 6-8 ritmimizi zurna-tütəklə…” – Murad Arif
Bəstəkar-müğənni Murad Arif Avroviziya ilə bağlı bölüşdüyü fikirlərlə diqqət çəkib.
Minval.info xəbər verir ki, müğənni iştirakçılara uğurlar arzulayıb:
“ Avroviziyada bizim bu ilki təmsilçilərimizdən biri xanəndə İlkin Dövlətovdur. Sevinirəm buna. Mahnını da ötən ilki kimi özümüz yazmışıq. Ümumiyyətlə, İTV son illər isveçli, norveçli, yunan bəstəkarlarının ayağını kəsib. Lap əla! Özümüz olaq. Pisiksə, çox işləyək, düzələk, yaxşı olaq. Amma, özümüz olaq. Uğurlar Fəxri & İlkin.
Doğma 6-8 ritmimizə “toyxana”, “manısxana” deyənlərimiz də var. Ermənilər isə bu ritmi 2-ci dəfədir ki, zurna-tütəklə Avroviziyaya çıxardır. Buna gecikdik…”
XƏBƏR LENTİ
2024/08/20 16:13