Ermənilər kəndimizi atəşə tutdu: Yaralı var…
Erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.
Trend-in məlumatına görə, nəticədə rayonun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

