Ermənilər şəhid əsgərimizin vurulma anını paylaşıb – VİDEO (18+)

Minval.İnfo-nun əldə etdiyi məlumata görə, videodan da görünür ki, ordumuzun hərbi qulluqçusu düşmən snayperinin gülləsinə tuş gəlib.
Qeyd edək ki, martın 24-ü cəbhənin Tərtər rayon istiqamətində düşmən tərəfin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Rzayev Xəyyam Pənah oğlu şəhid olub.
Şəhid 2017-ci ilin aprel ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yola salınıb.
Şəhidin sabah doğulduğu Cəlilabad rayon Uzuntəpə kəndində torpağa tapşırılacağı bildirilir.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

