Ermənistan QƏRARINI VERDİ: Sərhəddən geri çəkilirlər

Ermənistan Tavuş bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.
Minval.info xəbər verir ki, bu barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Tavuş qubernatoru Hayk Galumyanın avqustun 19-da qəbul etdiyi qərarda evakuasiyasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.
Qeyd olunur ki, Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır. Bunun həmin istiqamətdə yeni hərbi toqquşmaya hazırlıq olması da istisna deyil.

