Ermənistan sərhədçiləri Gürcüstanda azərbaycanlı fermerin 12 baş mal-qarasını oğurlayıb

Gürcüstanın Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Qaçağan kənd sakini Əflatun Əlyevə məxsus 12 baş iri buynuzlu mal-qara oğurlanıb.

Bu barədə “Report”un Gürcüstan bürosuna Marneuli Bələdiyyə məclisinin üzvü, Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Azad Kərimov məlumat verib.

Onun sözlərinə görə, hadisə dörd gün öncə baş verib: “Kənd sakinləri və polis dörd gündür itən mal-qaranı axtarır. Amma hələ heç bir nəticə yoxdur. Hadisə ilə bağlı Marneuli rayon rəhbərliyinə də müraciət olunub”.

A.Kərimov bildirib ki, fermer mal-qaranın Ermənistan tərəfinə keçdiyi və orada erməni sərhədçiləri tərəfindən oğurlandığını iddia edir: “Analoji hadisə ötən il də baş verib. Ermənistan sərhədçiləri azərbaycanlıya məxsus 15 baş iri buynuzlu mal-qaranı oğurlayıblar. Gürcüstan Daxili İşlər Nazirliyinin müdaxiləsindən 12-13 gün sonra mal-qaranın 14-ü qaytarıldı”.

Bələdiyyə üzvü qeyd edib ki, borcu olan Ə.Əliyev oğurlanan mal-qarasının böyük hissəsinin geri qaytarılacağına ümid edir.

A.Kərimov əlavə edib ki, Gürcüstanda Ermənistanla sərhəddə azərbaycanlıların yaşadığı kəndlərdə bu cür insidentlər tez-tez baş verir: “Ermənistan sərhədçiləri bir neçə ay öncə at və bir neçə mal-qara da oğurlayıblar. Nəticədə kənd sakinlərinə böyük zərər dəyib”.

Hadisə

Nəşr edilib: 2019/08/19 18:58

Baxış: 174


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06