Ermənistanda koronavirusa yoluxanların sayı 242 mini keçdi

Ermənistanda son sutka ərzində daha 524 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Minval.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 242 135 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 844-ə yüksəlib. Koronavirusa yoluxan və digər xəstəlikdən ölənlərin sayı 1155 nəfərdir. Hazırda 9110 pasiyent müalicə olunur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

