Ermənistanda koronavirusa yoluxanların sayı 251 323-ə çatıb

Ermənistanda daha 756 nəfər COVID-19-a yoluxub.
Minval.info xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 251 323-ə çatıb. Son sutkada koronavirusdan 19 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 075-ə yüksəlib.
Koronavirusa yoluxan 234 416 nəfər sağalıb. Hazırda 10 649 pasiyent müalicə olunur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

