Ermənistanda koronavirusdan ölənlərin sayı artıb

Ermənistanda son sutka ərzində daha 342 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Minval.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 253 942 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə 12 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5143-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1192 nəfərdir.
Aktiv xəstələrin sayı 11 029 nəfər təşkil edir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

