Ermənistanda maşın dərəyə yuvarlandı, 3 ölü

Ermənistanda Çambarak-Berd avtomobil yolunda maşın dərəyə yuvarlanıb.
“Minval.info” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Məlumata əsasən, UAZ markalı avtomobil yolun hərəkət hissəsindən çıxıb və dərəyə yuvarlanıb.
İnsident zamanı xəsarət alan avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

