Ermənistanda yeni prezident seçildi – O KİMDİR?

Martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçib. Minval.İnfo-nun Novator.az-a istinadən verdiyi məlumata görə, yeganə namizəd Armen Sərkisyan gizli səsvermədə 90 deputatın səsini toplayıb. 10 deputat onun əleyhinə səs verib.

Yalnız dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir. Bir şəxsin yalnız bir dəfə prezident seçilmək hüququ var. Səlahiyyət müddətində prezidentin partiya üzvü olması qadağandır.

Armen Sərkisyanı hakim fraksiya namizəd irəli sürüb. Fraksiyaya Respublika Partiyası (105 mandatdan 58-nə sahibdir) və Daşnaksütun Partiyası (7 mandatı var) daxildir. 31 mandatı olan Sarukyan bloku da Armen Sərkisyana dəstək verib. 9 mandatı olan “Çıxış” bloku namizəd göstərə bilməyib. Bunun üçün 27 deputatın dəstəyi tələb olunur.

2008-ci ildən Ermənistan dövlətinə başçılıq edən Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti bu il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək.

A. Sərkisyan 1953-cü ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin (İDU) fizika-riyaziyyat fakültəsini və aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri namizədidir.

1978-ci ildən İDU-da müəllim işləyib. 1984-1985-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində çalışıb. 1985-ci ildə Ermənistana qayıdıb və İDU-da fəaliyyətini davam etdirib.

Sərkisyan 1992-1995-ci və 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfir idi.

O, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir kimi təmsil edib.

Yeni prezident 1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.

Siyasət

Nəşr edilib: 2018/03/02 21:34

Baxış: 437


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06