Ermənistanda yoluxanların sayı 82 mini ötdü
Ermənistanda daha 2 241 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 82 651-ə yüksəlib. Ölkədə son sutkada pandemiyadan 21 pasiyent ölüb.
Beləliklə, ölənlərin ümumi sayı 1 243-ə çatıb. İndiyədək 52 508 nəfər infeksiyadan sağalıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

