Ermənistanın Baş naziri Gürcüstana gedir
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək.
Minval.info məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata əsasən, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı ilə təkbətək görüş keçirəcək.
Gürcüstan və Ermənistan hökumətinin üzvləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş də olacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

