Ersin Tatar: “Şimali Kipr olaraq daima Azərbaycanın yanındayıq”
“Türkiyənin Azərbaycanla yaxın münasibətlərindən məmnunluq duyuram”.
Minval.info-nun xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən səsləndirib.
“Biz bir millət, 3 dövlətik. Biz Qarabağda müharibə gedən zaman da azərbaycanlı qardaşlarımızın həyəcanını burada yaşayırdıq. Şimali Kipr Türk Respublikası olaraq daima qardaş ölkə Azərbaycanın yanındayıq”, – o bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

