Eşitmə məhdudiyyətli körpə ilk dəfə anasının səsini eşidir – VİDEO
İngiltərədə çəkilmiş bir video son zamanlar sosial medialarda ən çox izlənən görüntülərdəndir.
Videoda ilk dəfə anasının səsini eşidən körpənin reaksiyası üzdə təbəssüm yaradır.
Minval.İnfo xəbər verir ki, körpə Aleks Denman anadan gəlmə eşitmə məhdudiyyətlidir. O, xəstəxanada müəyyən müalicələr görüb və ən sonda cihaz vasitəsilə eşitmə qabiliyyətini geri qaytarıb.
Video qısa zamanda 1 milyon dəfə izlənilib. Bundan sonra cütlük körpələri ilə birlikdə məşhur şoulardan birinə qonaq olub.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

