Etirazçılar Gürcüstan hakimiyyətinə 3 saat vaxt verdi
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası yenidən başlayıb.
“Report” xəbər verir ki, iştirakçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.
Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər.
Paytaxtın Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Parlament yaxınlığına çox sayda polis cəlb olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

