“Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir
Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.
Minval.info Qafqazinfo-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin daşını atıb.
O, xanımı ilə bir ildən artıqdır ki, ABŞ-da yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.
Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.
Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəy-gəlinlə şəkil çəkdirmək qadağan olunmuşdu.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22


