Evə gec gəldiyi üçün qızının dodaqlarını kəsdi – Dəhşətli hadisə
Türkiyənin Ədirnə şəhərində evə gec gələn qızına əsəbləşən ata qızının dodağını kəsib.
Minval.İnfo xəbər verir ki, qızı şikayətçi olanda həbs olunan ata “peşmanam” deyib sərbəst
buraxılıb.
Məlumata görə, ata qızının evə gec gəlməsindən əsəbləşərək, qızı evdən qovmaq istəyib və bundan sonra meyvə bıçağını əlinə alaraq qızına xəsarət yetirib.
Qızının şikayətindən sonra həbs olunan ata bıçağı qızına xəsarət yetirmək üçün əlinə almadığını, sadəcə qorxutmaq üçün istifadə etdiyini bildirib. Peşman olduğunu söylədikdən sonra isə sərbəst
buraxılıb.
Məleykə
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

