“Evə getdim, makiyajı sildim, çünki…” – Bir günə dünyada tanınan Nərmin (VİDEO)
Vizajist Anar Ağakişiyev müxtəlif insanları makiyaj etməklə onların görüntüsünü dəyişməyə nail olub.
Onun sözlərinə görə, əl işləri o qədər məşhurlaşıb ki, tanınmış makiyaj mütəxəsisləri onun işləri ilə maraqlanmağa başlayıb.
Nərmin Cəfərovanın üzündə olan yanıq izləri makiyaj etdikdən sonra yalnız İnstaqramda həmin videoyaya baxış sayı 4 milyon 700 mini keçib.
Bundan sonra vizajistin işləri barədə Daily Mail və The Sun kimi Britaniya nəşrləri xəbər yayıb.
Moskvadan olan həkimlər briqadası isə Nərmin Cəfərovaya üzündə əməliyyatlar aparılmasını təklif ediblər.
Nərmin Cəfərova BBC-yə müsahibəsində deyib ki, o artıq ilkin konsultasiya üçün Moskvada olub.
Həkimlər ona qaş, burun, dodaq nahiyələrində əməliyyat aparılacağını deyiblər.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

