Evlərdən qızıl oğurlayan qadın tutuldu

Ağdaşda evlərdən oğurluq edilib.
Minval.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, oktyabrın 3-də Kükəl kəndindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ərəb kənd sakini F.Paşayeva saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun sentyabrın 23-də daha bir evdən 3100 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

