Evlərin 1 dollara satıldığı qəribə qəsəbədə – şok rəqəmlər, FOTOLAR

İtaliyanın güneyində yerləşən qəsəbələr artıq “ruhlar şəhəri”nə çevrilməkdədir.

Qeyd edək ki, bir müddət əvvəl qəsəbələri yenidən canlandırmaq və turistləri cəlb etmək üçün rəsmilər buradakı evləri 1 dollara və ya 1 avroya satışa çıxarmışdı. İndi isə yeni kampaniya start verərək, qəsəbəyə küçən hər ailəyə 10 min, uşaq sahibi olanlara isə 1000 dollardan çox pul ödəyəcəklərini vəd edir.

Beləliklə, buradakı qəsəbələrdən biri və sadəcə 320 nəfər sakini olan Borgomezzavalle qəsəbəsində uşaq sahibi olan ailələlərə 1000 avrodan çox pul ödəniləcəyi bildirilir.

Qəsəbənin bələdiyyə rəisi Alberto Preyoni CNN-ə verdiyi açıqlamada bildirib: “Əlimizdə investisiya qoymağa xeyli pulumuz var. Lakin gənclərə və uşaqlara ehtiyacımız var”.

Evləri ucuz qiymətə satılan digər bu cür qəsəbələrdən biri də Losanadır. İtaliyanın quzeyində, Alp dağlarının ətəyində yerləşən bu qəsəbəyə köçənlərə 10 min dollar pul verilir. Adı çəkilən qəsəbənin bələdiyyə rəhbəri bildirib ki, 3 il boyunca bu qəsəbəyə köçənlərə 10 min dollar ödəniləcək. Həmçinin qəsəbədə yaşayanlara ayda 6 min dollar maaş verilən işlər təklif olunur.

Məlumatlarda o qd bildirilir ki, Losanada 1900-cü illərdə 7 min sakin yaşasa da, 2000-ci illərdə bu rəqəm 500-ə qədər enib. Hətta qəsəbədəki yeganə məktəbin də bağlanılmaq təhlükəsi var, çünki sakinlər hər keçən il daha da azalmağa başlayıb.

Tarixi əsərlərə ev sahibliyi edən Kandelə qəsəbəsinə köçənlərə isə 2 min avro vəd edilir.

Mussomeli qəsəbəsində bir zamanlar insanlar səhərəq dərə oturub, söhbət edirlərmiş. İndi isə qəsəbə getdikcə sakinlərsiz qalmağa başlayıb.

Qəsəbələrə köçənlərin qarşısına yalnız bir şərt qoyulur: qəsəbəyə köçdükdən sonra ən azı 1 uşağa sahib olmaq. Həmçinin bu qəsəbələrdəki evlərə sahib olmaq üçün Avropa vətəndaşı olmaq da şərt deyil.

Təbii ki, 1 avro və ya 1 dollar simvolik rəqəmdir. Evləri alarkən sənəd işlərinə təxminən 2500-4000 min dollar xərc tələb olunur.

Maraqlı

Nəşr edilib: 2019/03/18 18:33

Baxış: 619


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06