Evli vəkillə eşq yaşayan aparıcıdan etiraf… – Fotolar
Aparıcı Ece Erken vəkil Şafak Mahmutyazıcıoğlu ilə eşq yaşadığını etiraf edib.
Minval.info xəbər verir ki, aparıcı mətbuata açıqlamasında evli olan Mahmutyazıcıoğlu ilə sevgili olduğunu deyib:
“Ortada nə gizli, nə də qadağan olunmuş bir münasibət var. Bu xəbəri bir müddət öncə sizinlə bölüşmüşəm. İşçilərimdən ailə üzvlərimədək hər kəsin bundan xəbəri var. Biz gizlətmirik, açıq-aşkar sevgimizi yaşayırıq”.
Qeyd edək ki, Ece Şafak ilə bir ildir eşq yaşayır. Mahmutyazıcıoğlunun xanımı 3 ay əvvəl ərinin xəyanətini öyrənib. Daha sonra o boşanmaq üçün məhkəməyə müraciət edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22



