“Express Bank” koronavirusa yoluxsa, reanimasiyaya düşəcək – VİTAMİNİN BOL OLSUN
“Kommersant.az” bankın hesabatına istinadən xəbər verir ki, “Express Bank”ın son 1 il ərzində problemli kreditləri artıb. Həmin dövrdə də banka Mehman Məmmədov rəhbərlik edib. Artıq M.Məmmədovun sədr təyin olunduğu gündən bankın hesabatlarında azalan dinamikalarla az-çox tanışsınız. Buna görə də bankın gələcək hesabatlarını da az-çox təsəvvür etmək mümkündür.
GECİKMƏLƏRDƏ ARTAN RƏQƏMLƏR
“Express Bank”ın müştərilərinə verdiyi biznes kreditləri ötən ilin 4-cü rübü ilə müqayisədə 13 mln. 243 min manat, istehlak kreditləri 10 mln. 622 min manat, daşınmaz əmlak kreditindəki problem isə 1 mln. 215 min manat artaraq 1 mln.384 min manata çatıb.
ELƏCƏDƏ BAX: “Express Bank”ın azalan – “D vitamini”
ELƏCƏDƏ BAX: Rəngi qədər gələcəyi paraq olmayan “Express Bank”ın – M vitamini azalıb
2020-ci ilin 3-cü rübündə 30 günlük gecikmə 8 mln.916 min manat artaraq 17 mln. 421 min manata çatıb. Bundan başqa 30 gündən 60 günədək olan gecikmələr 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 2 mln. 180 min manat artaraq 3 mln. 235 min manat, 61 gündən 90 günədək olan gecikmələr 941 min manat artaraq 1 mln. 329 min manat, 91 gündən 120 günədək olan borclar 1 mln. 781 min manat artaraq 1 mln. 910 min manat, 121 gündən 150 günədək olan gecikmələr 1 mln. 362 min manat artaraq 1 mln. 629 min manat, 151 gündən 180 günədək olan gecikmələr 6 mln. 311 min manat artaraq 6 mln. 567 min manat, 181 gündən 210 günədək olan gecikmələr 1 mln. 969 min manat artaraq 2 mln. 53 min manat olub. Ən əsası isə bankın 1 il və daha artıq olan problemli kreditləri 624 min manat artaraq 2 mln. 606 min manata çatıb. Bunun da böyük əksəriyyəti 470 min manatlıq fərqlə istehlak kreditlərinin payına düşüb.
Qeyd edək ki, “Express Bank”la bağlı yazılar hər gün saat 10:00-da yayımlanacaq.
Problemli kreditlərin cədvəlini təqdim edirik:
| Express Bank | 2019 (IV Rüb) | 2020 (I Rüb) | 2020 (II Rüb) | 2020 (III Rüb) |
| Biznes krediti | 3,660 | 15,863 | 15,584 | 16,903 |
| İstehlak krediti | 9,343 | 20,406 | 15,560 | 19,965 |
| Daşınmaz əmlak krediti | 169 | 2,278 | 1,369 | 1,384 |
| Digər kreditlər | – | – | – | – |


