“Fəhlələrüyüy” fenomeni bu dəfə sərt sözləri ilə gündəmə gəldi: “Onların kişilikdən…” – Video
“Fəhlələrüyüy” ifadəsi ilə sosial mediada fenomeninə çevrilən Şakir Nəsirov sərt açıqlaması ilə gündəmə gəlib.
Minval.info xəbər verir ki, adətən məzəli videoları ilə yaddaq qalan keçmiş məhkum bu dəfə qəzəblı çıxışı ilə diqqət çəkib.
Belə ki, fenomen efirdə dustaq həyatı yaşayan, hazırda azadlıqda olan şəxslər barədə neqativ sözlərin dilə gətirilməsinə reaksiya verib.
“Dünən “Xəzər” TV-də yersiz-yersiz söhbətlər edirdilər. Deyirlər, “tutulub çıxan cinayətkardır”. Dustaq olmuş insanlar cəmiyyətə arasına çıxmalı deyil? Onlan insan deyil? Keçmiş dustaqlar da haradasa iş tapıb çalışmalıdırlar da. Heç kim yaxın buraxmasın, yenidən gedib oğurluq etsin?! Deyirlər, “cinayətkarları fenomen edirlər”. Kiminsə məni istəməsinə qarşı çıxım? Şou-biznesdə o qədər həbs olunub sonradan azadlığa çıxan var. Pulları var deyə, onlara dustaq adı yapışmır? Kim dustağa yuxarıdan aşağı baxırsa, onun kişilikdən xəbəri yoxdur” – Şakir Nəsirov bildirib.
Minval.info

