“Fənərbağça” azarkeşləri Putinə dəstək şüarı səsləndirdi, tənqid olundu
“Fənərbağça” – “Dinamo Kiyev” oyununda azarkeşlər diqqət mərkəzinə düşüb.
“Minval.info” xəbər verir ki, türkiyəli azarkeşlər rəqibin qolundan şoka düşərək qəzəbləniblər.
Ukraynalı futbolçunun qol vurmasından sonra onun tribunalar önündə qapı arxasında sevinməsinə “Fənərbağça” azarkeşləri sərt reaksiya verib.
Belə ki, “Fənərbağça”lı azarkeşlər rəqib komandanın oyunçusunun bu hərəkətindən sonra Rusiya prezidenti Vladimir Putinin adını qışqırıblar.
Rusiyanın işğalı altında olan Ukraynanın iki böyük komandasından biri olan Kiyev “Dinamo”suna reaksiya vermək istəyən “Fənərbağça” azarkeşlərinin “Vladimir Putin” şüarları sosial mediada böyük əks-səda doğurub.
“Minval.info”
XƏBƏR LENTİ
2025/11/19 14:22

