“Fənərbağça”nın baş məşqçi postuna iki namizəd
Filip Koku ilə yollarını ayıram “Fənərbağça”nın baş məşqçisi postuna əsas namizədlər müəyyənləşşib.
İstanbul klubu hazırda iki namizədi gözdən keçirir. Bunlar fransalı Loran Blan və türkiyəli Kemal Özdeşdi.
“Fənərbağça”nın fransalı idman direktoru Damien Komollinin həmyerlisini komandanın sükanı arxasına gətirməkdə daha çox maraqlı olduğu bildirilir.
Loran Blanın son iş yeri PSJ olub. 53 yaşlı mütəxəssis 2016-cı ilin iyunundan işsizdir. Kemal Özdeş isə Türkiyənin U-19 yığması ilə yanaşı, “Konyaspor”, “Manisaspor”, “Gənclərbirliyi”, “Balıkesirspor”, “Karşıyaka” və “Kasımpaşa”da çalışıb. 48 yaşlı mütəxəssis son klubundan yayda ayrılıb. Fanat.Az
XƏBƏR LENTİ
2025/11/19 14:22


