“Fənərbağça” iki futbolçusu ilə yollarını ayırır
Türkiyənin “Fənərbağça” futbol klubu iki futbolçusuna qapını göstərir.
Minval.İnfo xəbər verir ki, klub rəhbərliyi gənc futbolçu Ozan Tufan və Robin van Persi ilə bağlı qərarını verib.
Antalyada baş tutacaq məşq toplanışına dəvət edilməyən hər iki futbolçuya, “Özünüzə klub tapın” deyilib.
Beləliklə hər iki futbolçu üçün “Fənərbağça” karyerası bitdi.
Qeyd edək ki, Ozan Tufan kluba transfer olunan ərəfədə onu heyətinə qatmaq istəyən klubların sayı-hesabı yox idi. RVP isə “Fənərbağça”ya çox böyük ziyan vermiş oldu. O, Türkiyədəki bütün xərclərini kluba ödətdirib. Bundan əlavə oynamasa belə aldığı maaş və transfer xərcləri ilə klubun “Zərər verənlər” siyahısına adını yazdıra bilib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

