Fərqli irqlərə mənsub əkizlər – FOTOLAR
Bir-birinə heç bənzəməyən əkizləri daha əvvəllər də görmüşük. Ancaq “National Geographic” jurnalının üzə çıxardığı bu əkizlər isə sanki tamamilə ayrı irqlərə məxsus insanlardır. 11 yaşlı bacılardan Marsia ağdərili, Millie isə qara dərilidir. İngilis Amanda və yamaykalı Micheal evlənmək üçün irq fərqinə önəm verməsə də,övladlarının belə dünyaya gələcəyini gözləmirdilər.
Əkizlərdən qaradərili olanı Millie irqi ayrı-seçkiliyin nə olduğundan xəbərdardır, ancaq buna məruz qalmadığını deyir:
“İrqçilik birini özünə görə yox, rənginə görə mühakimə etməkdir. Fərqli olmağı sevirəm. Özün olmaq gözəldir. Dəri rəngimə görə hələ nəsə deyən olmayıb”.
Marsia isə hər kəsin onları dost sandığını bildirir: Hamı elə bilir dostuq, amma sonra bacı olduğumuzu biləndə təəccüblənirlər, çünki birimiz qarayıq, birimiz ağ”.




Qeyd edək ki, fərqli irqlərə aid cütlüklərin övladlarının da fərqli dəri rənginə sahib olmaq ehtimalı yüksəkdir.
Minval.info

