“Fərqli qadın obrazları canlandıracam” – Roza Zərgərli
“Müxtəlif fotosessiya ideyalarım var. Bunu silsilə şəkildə edəcəm. Fərqli qadın obrazları canlandıracam”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli deyib. Sənətçi bu dəfə üç fərqli obrazda obyektiv qarşısına keçib.
“ “Ömür yoldaşım” mahnımı ekranlaşdırıram. Stilim üzərində Babək Qədirov işləyib. Çox maraqlı obrazlar yaradıb. Qarşıda çox fərqli layihələrim var. Tanınmış bir ifaçı ilə duet hazırlayıram. Bir də Türkiyədən əməkdaşlıq təklifi almışam. Hazırda bunla bağlı danışıqlar gedir” deyə, o bildirib.
Qeyd edək ki, müğənnini yeni fotosessiyasını Elmir Mikayılov lentə alıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22





