Fəzail Ağamalı: “Onların gücü və imkanı Azərbaycan prezidentinin iradəsi qarşısında heç nədir”

“İslahatlara mane olmağa çalışan qüvvələr var” iddiasına reaksiya

Azərbaycan prezidentinin iqtisadi islahatlarla bağlı atdığı addımlar geniş ictimaiyyət tərəfindən müdafiə olunur. Anonslardan belə görünür ki, prosesin ardınca hüquqi və siyasi islahatlarla bağlı da çox mühüm addımlar atılacaq. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu mövzuda “Yeni Müsavat”a müsahibəsində deyib ki, xalqın islahatları dəstəkləməsi bəllidir, eyni zamanda o da müşahidə olunur ki, islahatların önünü kəsməyə çalışan xarici və daxili qüvvələr var:

“Azərbaycan prezidenti bəyan etdi ki, ölkədə iqtisadi, sosial və məhkəmə islahatları, o cümlədən siyasi islahatlar aparılacaq. Bir neçə gün əvvəl birinci vitse-prezident Mehriban xanım Əliyeva da səfirlərin həyat yoldaşları ilə görüşdə söylədi ki, Azərbaycanda sosial- iqtisadi islahatlar aparılır və bu islahatlar genişləndiriləcək. Bu da onu göstərir ki, artıq ölkənin siyasi rəhbərliyində islahatlarla bağlı tam fikir formalaşıb, qəbul olunmuş ciddi qərarlar var. Mən hər zaman islahatları dəstəkləmişəm və bəyan etmişdim ki, Azərbaycan müxalifəti də bu islahatlara ciddi dəstək verməlidir. Müxalifətin əsas vəzifəsi hazırkı mərhələdə bu iqtidari dəyişmək yox, cəmiyyətin yenilənməsi, dövlət idarəetməsinin modernləşdirilməsi olmalıdır. Biz modern dövlət, cəmiyyət qurmalıyıq. Azərbaycanda indiyə qədər görülən işlər artıq o bazanı yaradıb. İndi biz cəmiyyətimizi inkişafın yeni mərhələsinə keçirməliyik. Bu istiqamətdə də addımlar atılmalıdır. Ölkənin gələcəyini yalnız hakimiyyət dəyişikliyində görən müxalif qüvvələr də var. Bu qüvvələr əsasən ayrı-ayrı xarici dairələr tərəfindən yönləndirilir, idarə olunur. Onların əsas məqsədi bu islahatlara mane olmaqdır. Öz açıqlamaları ilə iqtidarı qıcıqlandırmağa çalışırlar ki, ”siz qorxdunuz, geri çəkildiniz, bu islahatlara gedilməsi bizim mübarizəmizin nəticəsidir”. Həmçinin islahatlara dəstək verən şəxsləri aşağılayırlar. Bu islahatlara daxildən də  müqavimət göstərən qüvvələr var. Bu qüvvələr daha mühafizəkar, hər şeyin əvvəlki kimi qorunub-saxlanmasını istəyənlərdir”.

Onu da qeyd edək ki, islahatlara mane olmağa çalışan qüvvələrin olduğu barədə son vaxtlar digər tanınmış siyasətçilər tərəfindən də açıqlamalar verilməkdədir.

Bəs islahatların qarşısını almaq istəyən xaricdəki və daxildəki qüvvələr konkret olaraq kimlər ola bilər?

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, bu cür fikirlərin müəlliflərinin gedən proseslərə öz yanaşması var. Bu da təbiidir. Demokratik cəmiyyətdir, ölkədə gedən iqtisadi, siyasi və sosial proseslərə müxtəlif bucaqdan, müxtəlif yöndən yanaşmalar ola bilər. Buna da normal və təbii baxmaq lazımdır: “Ölkə prezidenti cənab İlham Əliyevin bütün sahələri əhatə edən islahatları getdikcə dərinləşir. Bu islahatlar Azərbaycanın daha yüksək inkişaf mərhələsinə çıxarmaq imkanlarını gücləndirir. Başlanmış olan islahatlar dayanmayacaq, ardıcıl və sistemli xarakter daşıyacaq. Həm ölkə prezidenti, həm də birinci vitse-prezident xanım Mehriban Əliyevanın açıqlamalarından da görünən budur ki, bütün sahələri əhatə edən islahatlar daha da dərinləşəcək. Əlbəttə, bütün bunların hamısı cəmiyyətimizin mütləq əksəriyyəti tərəfindən çox yüksək dəyərləndirilir, dəstəklənir. Mən də aparılan islahatları çox yüksək dəyərləndirirəm və dəstəkləyirəm. Bu islahatlar Azərbaycanı daha da gücləndirəcək. Azərbaycan qısa zaman kəsiyində özünün çox uğurlu hədəflərinə çatacaq. Bununla bərabər, əlbəttə ki, Azərbaycanın güclənməsi, islahatların daha da dərinləşməsi bir sıra dairələri narahat edir. O dairələrin içərisində xüsusi olaraq xarici qüvvələr, onların buradakı uzantıları öndə dayanır. Həmin qüvvələr Azərbaycanda bu islahatlara mane olmaq üçün bütün resurslarını işə salaraq aparılmış olan, kifayət qədər əhəmiyyətli xarakter daşıyan islahatların mahiyyətinə kölgə salmağa çalışırlar. Ən müxtəlif böhtan, qərəz və əsası olmayan fikirlərlə islahatların dəyərini azaltmağa cəhdlər göstərirlər, ölkə prezidentinin atdığı addımlara etimadsızlıq əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Eyni zamanda antimilli qüvvələr də var ki, onlar anti-Azərbaycan qüvvələrin içərisində yer alırlar və islahatlara kölgə salmaq, islahatlara mane olmaq prosesində iştirak edirlər”.

Deputat vurğuladı ki, hakimiyyət komandasının içərisində İlham Əliyevin apardığı islahatların əleyhinə gedə biləcək insanların ciddi söz sahibi olduğuna inanmır. Ola bilsin ki, onların içərisində həqiqətən də köhnə təfəkkürlü, islahatların gedişinin mahiyyətini başa düşməyən və səlahiyyətlərini başqa bir formada qoruyub saxlamağa çalışan elə insanlar ola bilər: “Bu istisna edilmir. Lakin onların gücü və imkanı Azərbaycan prezidentinin iradəsi qarşısında heç nədir. Prezidentin apardığı islahatlar Azərbaycan xalqı tərəfindən dəstəklənir. Eyni zamanda islahatlar sağlam müxalifət qüvvələri tərəfindən də müdafiə olunur. Bu, artıq cəmiyyətin tam sağlamlaşmasına xidmət edən islahatlardır. Ona görə də bu islahatlara qarşı çıxmağın perspektivi yoxdur. Bu islahatların qarşısında nə xaricdə bütün gücünü işə salan anti-Azərbaycan qüvvələr, nə daxildəki antimilli qüvvələr, nə də köhnə təfəkkürlə yaşayan insanlar mane ola bilməyəcək. Bu islahatlar Azərbaycanı gücləndirəcək. Xalq tərəfindən müdafiə olunan islahatlara mane olmaq asan məsələ deyil”.

Siyasət

Nəşr edilib: 2019/04/02 10:24

Baxış: 216


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06