Faciəvi qəza: İki nəfər öldü, bir nəfər xəsarət aldı – Fotolar
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
“Niva” markalı minik avtomobili ilə “SHACMAN” markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlərdən biri yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22







