Fahriye qısqanclıq etdi – ərinə dünya ulduzunu izləməyə icazə vermədi
Qısqanclığı ilə tez-tez gündəmə gələn türkiyəli aktrisa Fahriye Evcen bu dəfə həyat yoldaşı Burak Özçivitə qadağa qoyub.
Minval.info türk mediasına istinadən xəbər verir ki, aktrisa müğənni İnna ilə bir reklamda çəkilən həyat yoldaşına sosial mediada onu izləməyi qadağan edib.
Belə ki, Burak Özçivit 6 ildir reklamında çəkildiyi şampun markasının yeni reklamı üçün roman müğənni İnna ilə kamera qarşısına keçib. Burak 5 gün ərzində çəkilən reklam çarxından 1 milyon dollar gəlir əldə edib. Həyat yoldaşı yaraşıqlı aktyorun bu çarxa İnna ilə birlikdə çəkilməsinə razı olmasa da, Burak onu razı sala bilib. Ancaq Fahriye çəkilişlər əsnasında həyat yoldaşını tək qoymayıb, kameraların arxasından onu izləyib. Sonda isə onun İnnanı sosial mediada izləməsini də qadağan edib.

