Faiq Ağayev matəm günündə konsert verəcək Nazı sərt tənqid etdi – Kimdir bunun valideynləri?
Xəbər verdiyimiz kimi, Türkiyədə evlilik verişinə qatılaraq məşhurlaşan Naz Mila 20 yanvar tarixində, yəni bu gün Türkiyədə gecə klublarının birində konsert verəcək.
Minval.İnfo xəbər verir ki, Nazın bu addımı xalq artisti Faiq Ağayevi hiddətləndirib. O, Nazın fotosunu paylaşıb və yazıb:
“Hansı mühitdə böyüyüb bu şəxs? Nə yeyib? Nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Axı vicdan necə yol verir belə manqurtluğa? Biri məşqə tələsir, biri də belə … 20 yanvar dəhşətini formal qəbul etməyə başlayıblar. Elə bil heç bu zülm olmayıb.”
Qeyd edək ki, Nazın bu hərəkəti sosial şəbəkədə hər kəs tərəfindən tənqid və təhqirlə qarşılanıb.
Minval.İnfo

XƏBƏR LENTİ
2025/11/19 14:22


