Fatih Terim koronavirusa da qalib gəldi
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim sağalıb.
Minval.info xəbər verir ki, təcrübəli mütəxəssisin koronavirus testi mənfi çıxıb.
Martın 23-də koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanaya yerləşdirilən, bir həftə sonra isə evə buraxılan 66 yaşlı mütəxəssisin son testinin cavabı onun tamam sağaldığını göstərir. Buna baxmayaraq, “cim-bom”un çalışdırıcısı aprelin 13-nə qədər evində karantin rejimində qalacaq.
Qeyd edək ki, “Qalatasaray”ın koronavirusa yoluxan vitse-prezidentləri Abdurrahim Albayrak və Yusuf Günay da müalicəsini evdə davam etdirirlər.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

