Fazil Mustafa: “Gəncə kimi şəhərə bir təyyarənin uçmasını təmin edə bilmiriksə…”
Deputat Fazil Mustafa Milli Məclisdəki müzakirələrdə çıxış edərkən Vergilər Nazirliyinə təşəkkür etdi. O, ötən iclaslarda səsləndirilən təkliflərə Vergilər Nazirliyindən rəsmi cavab aldıqlarını vurğuladı. Deputat bildirdi ki, bu, həm də Milli Məclisə münasibətdir: “Bu tendesiyanı davam etdirmək lazımdır”.
F.Mustafa onu da dedi ki, Türkiyədə yaşayan uşaqlar artıq təhsilə cəlb olunub. Ancaq onlarla bağlı iş görən sahibkarların vergidən azad olunması yaxşı oalrdı.
F.Mustafa Gəncə səfəri ilə bağlı müşahidələrini də bölüşdü. O dedi ki, Gəncəyə xalqın ayağına gedən, onları dinləyən icra başçısı təyin olunub. Ancaq deputat şəhərin problemlərindən də bəhs etdi. “Gəncə kimi şəhərə bir təyyarənin uçmasını təmin edə bilmiriksə, ordakı hansı problemi həll edə bilərik? Gəncədə elə universitet yaratmalıyıq ki, Bakıdakı universitetdən geri qalmasın. Bir sıra işlər görülsə, Bakını da yükdən azad etmiş olarıq”-F.Mustafa dedi.
Vergi Məcəlləsində dəyişikliklərə edilən təkliflər barədə nazir Mikayıl Cabbarov danışdı. Daha sonra spikerin təklifi ilə dəyişikliklər üçüncü oxunuşda qəbul edildi.(musavat.com)

