FHN Binəqədidəki yanğın haqda açıqlama yaydı
Fövqəladə Hallar Nazirliyi dünən Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.
Minval.info xəbər verir ki, açıqlamada Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verdiyi bildirilir.
Həmin mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

