FHN: Ötən sutka 70 halda yanğına çıxış əməliyyatları həyata keçirilib

Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 70 halda yanğına çıxış, köməksiz vəziyyətdə qalma faktı üzrə 9 və nəqliyyat qəzası üzrə 1 fakt qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Minval.info-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.
Sutka ərzində biri azyaşlı olmaqla 12 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik ərazilərdə batma təhlükəsi olan 5 nəfər və Xaçmaz rayonunun Vələmir kəndində “Vaz” markalı iki minik avtomobilinin toqquşması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı sıxılı vəziyyətdə qalan 1 nəfər xilas olunub.
FHN üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

