FİFA “İlin ən yaxşı 11-i” heyətinə namizədləri açıqlayıb
Oyunçuların keçən mövsüm sərgilədikləri performansları nəzərə alaraq tərtib olunan siyahıda fərqli ölkələrdə forma geyinən 55 nəfər futbolçu var.
Minval.info xəbər verir ki, FİFA siyahıda İspaniyadan 9, Fransadan 8 oyunçuya yer ayırıb. 55 futbolçu arasında tərtib olunan namizədlər siyahısında keçən mövsüm “Liverpul” formasıyla möhtəşəm oyun ortaya qoyan misirli hücumçu Məhəmməd Salah da yer alıb.
Qeyd edək ki, FİFA-nın tərtib etdiyi “İlin ən yaxşı 11-i” heyətində 1 qapıçı, 4 müdafiəçi, 3 mərkəz oyunçusu və 3 hücumçu olacaq. Seçilmiş oyunçuların mükafatlandırılması üçün tədbir 24 Sentyabr tarixində Londonda keçiriləcək.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22


