FİFA prezidenti Trampa qırmızı kart verdi – Fotolar
FİFA prezidenti Canni İnfantino Ağ Evdə prezident Donald Trampı ziyarət edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, İnfantino Trampla ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026-cı il Dünya Çempionatı məsələsini müzakirə edib. Görüş zamanı FİFA rəhbəri Trampa hədiyyə verməyi də unutmayıb.
O, prezidentə “Sarı-xəbərdarlıq, qırmızı – kimisə qovmaq üçündür” deyərək sarı və qırmızı kart verib. Tramp isə zarafatla qırmızı kartını otaqdan kənara atıb.


XƏBƏR LENTİ
2025/11/19 14:22

