Fikrət Məmmədov: “Prezident indiyədək 6 minə yaxın şəxsi əfv edib”
“Ölkəmiz humanizm ideyalarına daim sadiqlik nümayiş etdirir”.
“Report”un xəbərinə görə, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib.
“Ötən dövrdə ölkə Prezidenti İlham Əliyev tərəfindən 6 minə yaxın şəxs əfv olunub. Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 noyabr – Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olub”, – nazir vurğulayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22


