Film izlədikləri üçün maaş alırlar
Serial və film çəkilişləri ilə məşğul olan “Netflix” şirkəti yeni işçilər götürmək niyyətindədir.
Minval.İnfo xarici KİV-ə istinadən xəbər verir ki, “Netflix” 20-yə yaxın əməkdaşı şirkət tərəfindən çəkilən film və seriallara baxaraq pul qazanır. Onlar həftədə 20 saat bu işlə məşğul olurlar. Bundan əlavə həmin filmlərə rəy bildirmək onların əsas işidir.
“Netflix” bu yaxınlarda yeni vakansiyalar elan edəcəyini açıqlayıb. Vakansiyaya əsas şərt kimi namizədlərdən film sahəsində 5 illik təcrübə tələb edilir.
Tamerlan Mehdi
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


