Fira Cəlilovaya növbəti hücum – Market işçiləri yolunu bağladı (VİDEO)
Tanınmış tele-aparıcı Fira Cəlilovaya Köhnə Günəşli ərazisində yerləşən “Bizim market”də hücum olması barədə xəbər vermişdik.
Minval.info xəbər verir ki, aparıcıya qarşı adı çəkilən marketdə növbəti qanun pozuntusu halı baş verib. Belə ki, aparıcı verilişinin formatına uyğun olaraq hər dəfə fərqli dükanlarda alış-veriş edir. Bu dəfə o, “Bizim market”də çəkiliş aparmağa qərar verib.
Lakin naməlum səbəblərə görə marketdən çıxan kimi özlərini səlahiyyətli şəxs adlandıran bir neçə nəfər tərəfindən operatorlara və aparıcıya hücum ediblər.
Daha sonra yolu bağlayaraq, aparının maşınına çıxmaq üçün icazə verməyiblər. Səbəbsə aparıcının hadisəni telefonun yaddaşına həkk etməsi olub və məqsəd telefonu onun əlindən almaq idi.
Aparıcı saytımıza açıqlamasında indiyədək belə bir halla qarşılaşmadıqlarını bildirib: “Çəkilişi bitirib gedən zaman marketin səlahiyyətli işçiləri operatorumuzun kamerasını əlindən almağa çalışdılar. Bunları lentə alanda əlimə vuraraq, telefonumu götürmək istədilər. Görəsən, niyə, qorxduqları nədir? Dəfələrlə başqa marketlərdə çəkiliş etmişik, heç bir problem yaşamamışıq.
Minval.info

