“Ford” 2 milyona yaxın avtomobili geri çağırıb
ABŞ-ın avtomobil şirkəti “Ford” Şimali Amerikada 2 milyona yaxın avtomobili geri çağırıb.
Geri çağırılan avtomobil 2015-2018 il istehsalı olan “F-150” pikaplarıdır.
Qeyd olunur ki, geri çağırılmanın səbəbi avtomobillərin təhlekəsizlik kəmərləri ilə əlaqəlidir. Hal-hazırda bu problemlə əlaqədar ABŞ-da 17 hadisə məlumdur, Kanadada isə – 6.
ABŞ-da “Ford”un 1,6 milyon avtomobili, Kanadada – 339 min, Meksikada – 36 min avtomobil geri çağırılacaq.
trend
XƏBƏR LENTİ
2025/11/19 14:22

