Formula 1 üçün jurnalistlərin akreditasiyası başlayır
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycanda keçiriləcək 2021-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akreditasiyasına başlayır.
Minval.info bildirir ki, akreditasiya martın 2-də başlayır və martın 20-ə qədər davam edəcək.
Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin veb səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidir.
Qeyd edək ki, 2021-ci il Formula 1 Azərbaycan Qran Prisi iyunun 6-da Bakıda keçiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

