Beynəlxalq Avtomobil Federasiyası “Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimini təsdiqləyib.
“Report” Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi 5 – 7 iyunda keçiriləcək.
Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 – 28 apreldə olub.