Əfqanıstan hökumətilə Taliban arasında sülh danışıqları Bakıda keçiriləcək

Əfqanıstan xarici işlər nazirinin müavini Nəsir Əhməd Əndişə Azərbaycana səfəri zamanı bu ölkənin Əfqanıstanda sülh və sabitliyin qorunması əməliyyatında yaxından iştirakını vacib adlandırıb.

Əfqanıstan hökumətilə Taliban qruplaşması arasında sülh danışıqları iyunun 28-də Bakıda keçiriləcək. Azərbaycan diplomatik mənbələrinin məlumatına görə, müzakirələr Əfqanıstan üzrə Beynəlxalq Əlaqələndirmə Qrupunun iclası çərçivəsində  baş tutacaq. Əfqanıstan hökumətini görüşdə xarici işlər nazirinin müavini Xəlil Kərzay təmsil edəcək. Taliban qruplaşmasının danışıqlara kiminlə qatılacağı açıqlanmır.

Əfqanıstan xarici işlər nazirinin digər müavini Nəsir Əhməd Əndişə ötən həftə Bakıya səfəri çərçivəsində bu ölkənin rəsmilərilə görüşüb. O, azərbaycanlı həmkarı Ramiz Həsənovla görüşündə Azərbaycan tərəfinə Əfqanıstanda sabitliyin təmin edilməsində əməkdaşlıq etdiyi üçün minnətdarlığını bildirib.

Nasir Əhməd Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin qorunub saxlanmasında fəal iştirakını yüksək qiymətləndirib: “Rəsmi Kabil də öz növbəsində, beynəlxalq təşkilatlarda Bakının Dağlıq Qarabağ münaqişəsilə bağlı haqlı mövqeyini dəstəkləyir və bu məsələdə öz prinsipial mövqeyini ortaya qoyur”.

Azərbaycan hərbçilərinin NATO çərçivəsində Əfqanıstan missiyası 2002-ci ilin noyabrından fəaliyyətdədir. O, Əfqanıstandakı hərbçilərinin sayını 2018-ci ilin əvvəlində 94-dən 120-dək artırıb.

(Fars dilindən tərcümə – WorldMedia.Az)

Dünya

Nəşr edilib: 2018/06/27 12:26

Baxış: 186


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06