Əfqanıstanın Qazni əyalətində avtomobil partladılıb.
Minval.info xəbər verir ki, partlayış nəticəsində azı 8 polis əməkdaşı həlak olub, 9-u isə yaralanıb.
Bildirilir ki, avtomobili terrorçu-intiharçı idarə edib. O, avtomobili polis əməkdaşları olan əraziyə sürərək partlayıcı qurğunu işə salıb.