Əfqanıstandakı Tacikistan vətəndaşları Rusiya təyyarəsi ilə Düşənbəyə gətirilib

Ötən gecə Əfqanıstandakı Tacikistan vətəndaşları Rusiya hərbi-nəqliyyat təyyarəsi ilə Düşənbəyə gətirilib.
Minval.info-nun məlumatına görə, AZƏRTAC Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiyanın hərbi-nəqliyyat təyyarələri ilə həmçinin Rusiya, Belorus, Qırğızıstan, Özbəkistan və Ukrayna vətəndaşları da öz ölkələrinə çatdırılıb.
Bildirilir ki, bu ölkələrin Əfqanıstandan çıxarılan vətəndaşlarının sayı 500-dən artıqdır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

