Əfqanıstanın yeni hökumətinə “Taliban” lideri rəhbərlik edəcək

Əfqanıstanın yeni hökumətinə “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə başçılıq edəcək.
“Minval.info” “TOLO News”ə istinadən xəbər verir ki, bunu hərəkatın mədəniyyət komissiyasının üzvü Anamulla Səmənqani bəyan edib.
“O, hökumət başçısı olacaq. Bu barədə heç bir şübhə olmamalıdır”, -deyə “Taliban” rəsmisi bildirib.
Yayılan məlumatlara görə, yeni hökumətin tərkibi sentyabrın 3-də elan ediləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

