Əfran İsmayılov əməliyyat olundu – Foto
“Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Əfran İsmayılov əməliyyat olunub.
Minval.info xəbər verir ki, o, ötən tur “Sabah”la qarşılaşmada aldığı zədədən sonra Türkiyənin paytaxtı Ankaradakı “Acıbadem” klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən əməliyyat edilib.
Menisk nahiyəsindən baş tutan əməliyyat uğurla keçib.
İlkin məlumata əsasən, Əfran İsmayılov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

XƏBƏR LENTİ
2025/11/19 14:22

