Fransa prezidenti Böyük Saharada İŞİD liderinin məhv edildiyini açıqladı

Fransa prezidenti Emmanuel Makron ölkə hərbçiləri tərəfindən Sahel bölgəsindəki İŞİD terror təşkilatının liderini məhv etdiyini elan edib.
Minval.info-nun məlumatına görə, bu barədə Fransa prezidenti öz “Twitter” səhifəsində yazıb.
E.Makron qeyd edib: “Böyük Saharada “İslam Dövləti” terror qruplaşmasının lideri Adnan Əbu Valid əl-Sahraui Fransa qoşunları tərəfindən zərərsizləşdirilib. Bu, Saheldəki terror qruplaşmalarına qarşı mübarizəmizdəki daha bir böyük uğurdur”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

